Rusiyanın Samara şəhərində ənənəvi Beynəlxalq ritm festivalı keçirilib. 15-ci dəfə təşkil olunan festivalda Azərbaycanı Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzində fəaliyyət göstərən Rövşən Cabbarın rəhbərlik etdiyi “Rövşən” ritm qrupu təmsil edib.
Festivalda 15 xarici ölkə, Rusiyanın 15 böyük şəhərindən dəvət olunmuş sənətçilər iştirak edib.
Türkiyə, İran, Ukrayna, Liviya, Tacikistan kimi ölkələrdən gələn ritm həvəskarları ilə səhnəni bölüşən istedadlı ritm ustası Rövşən Cabbar Tolyatti şəhərinin filarmoniyasında solo konsertdə festival iştirakçılarının könlünü oxşayıb.