İtalyan prozaiki Andrea Kamilleri 93 yaşında Romada vəfat edib. İyun ayında yazıçı ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Andrea Kamilleri 1925-ci il sentyabrın 6-da Aqricento əyalətinin (Siciliya) Porto-Empedokl şəhərciyində anadan olub. Uzun illər Romada yaşayıb və işləyib.

Polis komissarı Montalbano haqqında silsilə romanların müəllifi Andrea Kamilleri İtaliyanın detektiv janrında yazan ən populyar yazıçılarından biridir.

2015-ci ildə Kamilleri söz sənətinə töhfəsinə və detektiv janrında klassik dünya ədəbiyyatının ən yaxşı ənənələrinə sadiqliyinə görə İtaliyada “N.V.Qoqol adına mükafat”ın laureatı olub.