Almaniyanın “Deutschlandfunk Kultur” ictimai radiosunun internet saytında “Əfsanəvi Turan” başlıqlı məqalə yer alıb.

Məqalədə qeyd olunur ki, Almaniyanın Osnabrük (Osnabrück) şəhərində keçirilən Morgenland musiqi festivalının açılışında Azərbaycanın muğam ifaçısı Alim Qasımovun çıxışına geniş yer ayrılıb. Onu kamançada Rauf İslamovun müşayiət etdiyi bildirilir. Alim Qasımovun Türkiyənin “Taksim-Trio” qrupu ilə eyni səhnəni bölüşdüyü vurğulanır.