Avqustun 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, Nyu-Yorkda “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin yaradıcısı, professor Nərgiz Əliyarova ilə görüş keçiriləcək.

Niyazinin mənzil-muzeyində reallaşacaq tədbirdə beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın sənət yolundan və yaradıcılıq axtarışlarından söhbət açılacaq, onun ifasında bir sıra musiqi əsərləri səsləndiriləcək.