Britaniyalı pop- müğənni və aktyor  Ed Şiranın “Divide” qastrol səfəri qastrolların bütün tarixi ərzində ən yüksək gəlirli tur sayılıb.

“The Guardian” qəzetinin məlumatında bildirilir ki, qastrollar hələ başa çatmayıb, amma musiqiçi artıq 736 milyon dollar qazanc əldə edib. Şiranın qarşıda hələ 12 konserti var.

Beləliklə, bu qastrol artıq indidən dünya üzrə ən çox tamaşaçı toplayan qastrol səfəri kimi tarixə düşüb. Müğənninin 42 ölkədə konsertlərinə 8,5 milyondan çox bilet satılıb.

Şiran bununla “U2” qrupunun rekordunu da yeniləyib. Qrup həmin rekordu 2011-ci ildə qastrol turu zamanı müəyyən edib və qastrol gəlirliliyinə görə səkkiz il ərzində rekordçu olub.

İLONA