Rus şansonunun məşhur ifaçısı və bəstəkar Villi Tokarev 85 yaşında Moskvada vəfat edib.

Vilen İvanoviç Tokarev 1934-cü ildə Rusiya Federasiyası Adıgey Respublikasında (Şimali Qafqaz) doğulub. Valideynləri ona Vladimir Leninin şərəfinə Vilen adını veriblər. O isə Villi Tokarev kimi məşhurlaşıb.

Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının kontrabas sinfini bitirən Villi Tokarev caz və estrada kollektivlərində çalışıb. Sonralar o öz mahnılarını ifa etməyə başlayıb.

1974-cü ildə ABŞ-a mühacirət edən müğənni-bəstəkar orada taksi sürücüsü və poçtalyon işləyib. Yaradıcılığını davam etdirən Villi Tokarev məhz Birləşmiş Ştatlarda “rus şansonu” janrında mahnılar bəstələyib və disklər buraxıb. O, 1990-cı illərdə yenidən Moskvaya qayıdıb, Rusiya paytaxtında musiqi və konsert fəaliyyətini davam etdirib.

SƏBİNƏ