Sentyabrın 25-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı təşkil olunacaq.
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə solistlər – Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli və Könül Məmmədli iştirak edəcəklər.
Solistləri Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-simfonik orkestri müşayiət edəcək.