Mədəniyyət Nazirliyinin sifarişi ilə Sahib Sultanovun “Xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət köçürmələr” adlı pyeslər məcmuəsi musiqisevərlərə təqdim edilib.

Müəllif kitabda ilk dəfə E.Cenkinsonun “Rəqs”, K.Bomun “Daimi hərəkət” və J.Vilyamsın “Melodiya” əsərlərini tar ilə fortepiano üçün işləyərək Qərb klassik musiqisinin ruhu ilə Azərbaycan milli ruhunu sintez etməyə çalışıb.

Kitablar Mədəniyyət Nazirliyinin tabeliyindəki aidiyyəti qurumlara paylanılacaq.