Qazaxıstanın paytaxtı Nur-Sultanda “Music Awards-2019” üçüncü beynəlxalq musiqi festivalı keçirilib.

Festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, Fransa, Gürcüstan, İtaliya və Özbəkistandan tanınmış ifaçılar qatılıb.

Azərbaycanı bu festivalda təmsil edən gənc müğənni və bəstəkar Çingiz Mustafayev “Eurovision-2019” mahnı yarışmasında ifa etdiyi “Truth” (“Doğru”) mahnısını səsləndirib. Həmyerlimiz “Nur-Sultan Music Awards-2019” festivalının mükafatına layıq görülüb.

İştirakçı ölkələrin estrada ulduzları səhnədə populyar hit mahnıları ilə tamaşaçıları sevindiriblər.