Özbəkistanın opera müğənnisi, “Reqistan” ansamblının rəhbəri Xursand Şerov dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü münasibətilə Ukraynanın Odessa şəhərinə veloyürüş edib.
X.Şerov bildirib ki, özünə kumir saydığı M.Maqomayevi dünyada tanıtmaq üçün bu dəfə Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya və Belarusu keçməklə Ukraynaya gəlib. Veloyürüşün ümumi məsafəsi isə 8000 kilometr olub.
X.Şerov Odessada Azərbaycan diaspor nümayəndələri ilə görüşüb. Görüşdə Özbəkistan və Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Özbək müğənni Kiyevə qayıdaraq avqustun 24-də Ukraynanın Müstəqillik günündə etnik xalqların beynəlxalq festivalında Müslüm Maqomayevin repertuarından mahnılar ifa edəcək.