Hər həftəsonu Fəvvarələr meydanında
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Sehrli Bakı” layihəsi çərçivəsində hər həftəsonu konsertlər keçirilir.
Fəvvarələr meydanında təşkil olunan ilk konsertdə “Azəri atəşi” rəqs ansamblının “Azərbaycan” rəqsi, “Stop” qrupunun “Aşiqəm”, “Yanağı qəmzəli” mahnıları tamaşaçıların zövqünü oxşayıb.
Fəvvarələr meydanında növbəti konsertdə tamaşaçılar Ceyhun Bakinskinin və digər müğənnilərin ifalarında gözəl nəğmələri, beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edən “Səma” və “Turacı” rəqs qruplarının ifasında rəngarəng rəqs nömrələrini böyük maraqla izləyiblər.
Şəhər sakinlərinin və qonaqların istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər hər həftəsonu sentyabrın 30-dək davam edəcək.