Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunan bürünc sikkə – xatirə pulu buraxıb.

Ölkəmizin Ankaradakı səfirliyindən verilən məlumata görə, İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” haqqında Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanasının rəhbər şəxsləri ilə görüş keçirilib və Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə xatirə pulunun buraxılması ilə bağlı razılıq əldə olunub.

Xatirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, “İmadeddin Nesiminin doğumunun 650. yılı” yazısı, arxasında isə “Türkiye Cumhuriyeti 2,5 lira” yazısı yer alıb.

Mehparə SULTANOVA