Sevilən səs sahibi, Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu uzun müddətdən sonra oktyabrın 12-də Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertin biletləri satışa çıxarılıb.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək konsertdə Yaqub Zurufçu repertuarından məşhur mahnıları oxuyacaq.