“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin sifarişi ilə nəşr olunan “Azərbaycanda gəmiçilik: sənədli tarix”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il”, “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabları Azərbaycan Milli Kitabxanasına təqdim edilib.

Əməkdar mədəniyyət işçisi, publisist Müsəllim Həsənovun müəllifi olduğu “Azərbaycanda gəmiçilik: sənədli tarix” kitabında ölkəmizin zəngin dənizçilik ənənələrinə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə nəzər salınıb.

ASCO-nun əməkdaşı Sevda Abdullayevanın müəllifi olduğu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” adlı kitabda isə nadir foto və maraqlı məlumatlar yer alıb.

“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabında Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söz açılır.