Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaxın vaxtlarda keçiriləcək bir sıra tədbirlərə hazırlıqla bağlı toplantı keçirilib.

İclasda “Ədəbi proses” müşavirəsinin keçirilməsinə hazırlığın vəziyyəti müzakirə olunub. Tədbir sentyabrın 13-də keçiriləcək.

Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin yubileyi ilə bağlı tədbirə və “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiyaya hazırlıq işləri diqqətə çatdırılıb.

Akademik, ədəbiyyatşünas Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr edilən yekun tədbirin oktyabrın 1-də keçirilməsi qərara alınıb.

Oktyabrın 18-də isə uşaq ədəbiyyatına həsr olunan beynəlxalq elmi konfrans  keçiriləcək.