Sentyabrın 4-də ABŞ-ın Nyu-York şəhərində geyim sənayesinin ən vacib hadisələrindən biri sayılan “Moda həftəsi”nin açılışı keçirilib.
Sentyabrın 11-dək davam edən Nyu-York “Moda həftəsi”ndə 2020-ci ilin yaz-yay kolleksiyaları təqdim olunur.
Tədbirin çərşənbə günü başlanmasına baxmayaraq ilk iki gündə gənc dizaynerlərin əl işləri nümayiş olunub.
Əsas nümayişlər sentyabrın 6-da başlanır. Bir neçə gün ərzində Tom Ford, Ceremi Skott, Karolina Errera, Tommi Hilfiger, Ralf Loren, Mark Ceykobs, Maykl Kors, Gelmut Lenq və digər dizaynerlərin yeni kolleksiyaları nümayiş olunacaq.