Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov Ukraynanın Odessa şəhərində konserti idarə edib. Odessa Opera və Balet Teatrında təqdim olunan konsert şəhərin yaranmasının 225 illiyi və “Odessa operasının məxmər mövsümü” 5-ci festivalı çərçivəsində keçirilib.

Maestro Y.Adıgözəlovun idarəsi ilə orkestrin ifasında italyan bəstəkarı Cakomo Puççininin “Madam Batterfli” operası səsləndirilib. Əsərin baş qəhrəmanları isə Ukraynanın tanınmış opera müğənniləri olublar.

Azərbaycan diasporu fəallarının da izlədiyi konsert maraqla qarşılanıb və tamaşaçıların alqışına səbəb olub.