2019-2020-ci tədris ili ərzində ABŞ Dövlət Departamentinin dəstəyi ilə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində “English Language Teaching Assistant” proqramı çərçivəsində ingilis dili fənninin tədrisi təşkil olunacaq.

Xüsusi proqram üzrə tədris Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) də həyata keçiriləcək. ATMU-dan bildirilib ki, xüsusi proqram üzrə ingilis dili xanım Alangoya Tezel tərəfindən tədris ediləcək.