Sentyabrın 19-da XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış rusiyalı violin ifaçısı Sergey Doqadinin ustad dərsi təşkil olunub.
P.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi olan ifaçının ustad dərsində Bülbül adına Orta ixtisas musiqi məktəbi və paytaxtın musiqi məktəblərinin bir qrup şagirdi və onların müəllimləri iştirak edib.
Rusiyalı musiqiçi hər bir şagirdi ayrılıqda dinləyərək öz məsləhətlərini verib. Bildirib ki, saatlarla alət arxasında vaxt keçirməməyin ən asan yolu ağıl və ürəklə, düşünərək ifa etməkdir.
Şagird və müəllimlərin suallarını cavablandıran Sergey Doqadin texnika, musiqi duyumu, müasir ifaçılığın problemləri ilə bağlı fikirlərini bölüşüb. Ustad dərsi maraqla qarşılanıb.