və Özbəkistanın muğam və estrada ulduzlarının konserti

Noyabrın 6-da Heydər Əliyev Sarayında “Nyu-York gecələri” adlı konsert proqramı keçiriləcək.

Teatr, musiqi və rəqslərin yer alacağı proqramda Nyu-Yorkun dünyaca məşhur musiqili şoularından “Dream Girls”, “The Great Gatsby”, “Chicago”, “Burlesque”, “Moulin Rouge” və başqalarından səhnəciklər canlı şəkildə göstəriləcək.

***

22-23 noyabr tarixində isə Heydər Əliyev Sarayında ilk dəfə Özbəkistanın muğam və estrada ulduzlarının konserti təşkil ediləcək. Gecədə Azərbaycanda keçirilmiş Beynəlxalq Muğam Festivalının qalibi, Əməkdar artist Yulduz Turdiyeva və estrada ulduzu, Əməkdar artist Uluqbek Raxmatullayevin iştirakı ilə “Özbəkistandan sevgilərlə” adlı proqram təqdim olunacaq.

Saraydan bildirilib ki, konsertin qonaqları qismində sənətçilərimiz – Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Fərqanə Qasımova, Ədalət Şükürov və Təyyar Bayramov, meyxanaçı Tərlan Novxanı və başqaları iştirak edəcəklər.