ABŞ-ın “Condé Nast Traveller” nəşrinin oxucuları Tokionu 2019-cu il üzrə “Oxucu seçimi” nominasiyasında dünyanın birinci ən yaxşı böyük şəhəri seçiblər.

Yaponiya paytaxtı “Condé Nast Traveller” tərəfindən dörd il dalbadal “Oxucu seçimi: dünyanın ən yaxşı 10 böyük şəhəri” adına layiq görülür.

Oxucular dünyanın ən yaxşı şəhərini bir sıra təşəbbüslərə, o cümlədən dövlət və özəl sektorun birlikdə hazırladığı turizmin inkişafına və səyyahlara gücləndirilmiş dəstək proqramlarına görə layiq biliblər.

Qeyd edilir ki, Tokio, həqiqətən də ənənələrin və innovasiyaların daha çox əks olunduğu yerlərə ziyarətçilərin cəlb edilməsi üzərində əzmlə çalışır.

Jurnalın dərc etdiyi siyahıda Yaponiyanın Kioto şəhəri ikinci, Sinqapur (şəhər-dövlət) üçüncü yeri tutub. Sonrakı yerlər bu ardıcıllıqla müəyyənləşib: Vyana (Avstriya), Osaka (Yaponiya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Barselona (İspaniya), Taybey (Tayvan) və Sidney (Avstraliya).

2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Şəhər rəhbərliyi  Tokionun görməli yerləri haqqında daha çox informasiya yayaraq onu dünyanın aparıcı turizm istiqamətlərindən birinə çevirmək əzmindədir.