Xalq şairi Zəlimxan Yaqub haqqında növbəti kitab işıq üzü görüb. “Zəlimxan Yaqub ədəbi düşüncədə” adlı kitabın üç cildi hələ şairin sağlığında nəşr olunmuşdu.

Yeni çapdan çıxan dördüncü cilddə, əvvəlki cildlərdə olduğu kimi, tanınmış ictimai xadimlərin, şair və yazıçıların, ədəbiyyatşünas alimlərin unudulmaz şair haqqında elmi-publisistik məqalələri və Zəlimxan Yaqubun son müsahibələri yer alıb.

Çoxcildliyin tərtibçisi və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Oxucular kitabda Xalq yazıçısı Anar, akademik, millət vəkili Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev, Qəzənfər Kazımov və başqa elm və sənət adamlarının, ictimai xadimlərin Zəlimxan Yaqub yaradıcılığı haqda düşüncələri ilə tanış ola biləcəklər.