Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də İsa Əkbər oğlu Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, oktyabrın 16-da akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur.