Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamblı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.
Konsert Xorvatiya Respublikasının ölkəmizdəki səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Xorvatiya səfiri Branko Zebiç qonaqları salamlayaraq belə bir konsert üçün Azərbaycana gələn “Ad Gloriam Brass” qrupuna və dəstək üçün Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Səfir Azərbaycan-Xorvatiya münasibətinə toxunaraq ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayıb.
Sonra proqram “Ad Gloriam Brass” ansamblının çıxışı ilə davam edib.
Altı nəfər ifaçıdan ibarət (sekstet) “Ad Gloriam Brass” ansamblı 26 ildir fəaliyyət göstərir.
Ansambl Xorvatiyanın Renessans dövrünə aid musiqilərini, daha sonra Xorvatiya vokal musiqisindən ənənəvi parçalar, həmçinin müasir xorvat bəstəkarı Tomislav Uhlikin “Kiçik folklor sərgisi” əsərini ifa edib. Konsertin ikinci hissəsində dünya operalarından tərtib edilmiş kompozisiyalar səslənib.