Oktyabrın 24-də İstanbul Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub.

Büst Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə ucaldılıb.

Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.

Tədbirdə konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.