Xəbər verdiyimiz kimi, 31 oktyabr – Dünya Şəhərlər Günü ərəfəsində UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə yeni şəhərlər əlavə edilib. Azərbaycan paytaxtı “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva bu münasibətə xalqımızı təbrik edib. Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir: “Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr – Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”.