Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Maykl Qutman (violin) və Olqa Domninanın (piano) konserti keçiriləcək.
Tanınmış violin ifaçısı, Brüssel Kamera Orkestrinin dirijoru və direktoru Maykl Qutman özünü Odessa ifaçılıq məktəbinin davamçısı hesab edir. Qərb mətbuatı onu XX əsrdə təsviri sənətdə avanqard cərəyanın banilərindən olan Mark Şaqal ilə müqayisə edir. Onun ifalarını dinləyən insan Şaqal rəsmlərindəki azadlığı duyaraq ruhən pərvazlanır.
Rusiya Musiqi Akademiyasının məzunu olan Olqa Domnina beynəlxalq müsabiqələrin qalibidir. Pianoçu dünya səhnələrində solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə birgə çıxışlar edir.
Maykl Qutman və Olqa Domninanın Bakı konserti caz, tanqo, klassik fakturalı mikslər və virtuoz ifaların qarışığından ibarət musiqi axşamı olacaq.