Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
Nardaran qəsəbə Mədəniyyət Mərkəzində keçirilən konsertdə tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri – muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva , Elgiz Əliyev maraqlı proqram ilə çıxış ediblər.
Konsertdə “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər ifa olunub.