Forumun “Təhsil” bölümü çərçivəsində N.P.Akimov adına Sankt-Peterburq Dövlət Akademik Komediya Teatrında “Uşaq incəsənət məktəbi – 2019: təhsil, idarəetmə, inkişaf” mövzusunda konfrans keçirilib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli Sankt-Peterburq Mədəniyyət Komitəsinin sədri K.E.Suxenkonun dəvəti ilə konfransın işinə spikerlik edib.
Konfransın ilk günündə Əziz Qarayusiflinin “Azərbaycan Respublikasının mədəni siyasəti kontekstində uşaq incəsənət məktəblərinin inkişafı” mövzusunda məruzəsi böyük maraqla dinlənilib.
Konfransın məqsədi uşaq incəsənət məktəblərinin inkişafında aktual problemlərin aradan qaldırılması məsələlərinin müzakirəsi üçün peşəkarlıq baxımından açıq meydanların yaradılmasına, effektli pedaqoji və idarəçilik təcrübəsinin yayılmasına kömək etməkdir.