25-28 noyabr tarixində MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçiriləcək.
Əlçatan mədəniyyətin yaradılması üzrə BMT tövsiyələrindən irəli gələrək, Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət və turizm məkanının yaradılması sahəsində MDB ölkələri ilə fəal əməkdaşlıq platforması yaradır. “Sərhədsiz incəsənət” beynəlxalq seminarı MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə muzeydə keçiriləcək silsilə tədbirlərdən birincisidir.