Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında alman orqançalan və dirijor Günter Kennelin konserti olub.
Konsert Höte İnstitutunun Bakı filialının dəstəyi ilə gerçəkləşib. Musiqi axşamında dünya şöhrətli bəstəkarların əsərləri səslənib.