Azərbaycan Milli Konservatoriyasında (AMK) Fortepiano kafedrasının müəllimi, pianoçu Aynurə Məmmədovanın “Qəlbimin səsi” adlı albomunun təqdimat mərasimi keçirilib.
Layihə haqqında məlumat verən Aynurə Məmmədova deyib ki, albomda Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri yer alıb və məqsəd əsərləri düzgün ifa tərzi ilə təbliğ etməkdir.
Sonra rektor Siyavuş Kərimi və AMK-nın Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Akif Quliyev çıxış edərək təqdim olunan musiqi albomu və ifaçı haqqında fikirlərini bölüşüblər.
Tədbirdə Aynurə Məmmədova albomda yer alan əsərlərdən bir neçəsini ifa edib.