Klassik cazın sevilən simalarından olan Ceymi Devis noyabrın 23-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində ilk dəfə konsert verib.

Dərin, güclü, məxməri bariton səsə sahib olan ifaçını bəzən “şokoladlı səs” kimi də təqdim edirlər.

Sənətçinin proqramı caz üslublarının qarışığından ibarət olub. “Salam Bakı” sözləri ilə tamaşaçıları salamlayan ifaçı Azərbaycan paytaxtını ilk baxışdan sevdiyini bildirib.

Konsert boyu ifaçı bir üslubdan digərinə asanlıqla keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər musiqi nömrələri ilə tamaşaçılarda xoş ovqat yaradıb. Caz improvizələri, səhnədən şən zarafatları, pozitiv əhvalı ilə tamaşaçıların qəlbinə yol tapan ifaçının çıxışı gurultulu alqışlarla qarşılanıb.

LALƏ