18-22 noyabrda Cənubi Koreyanın Kvandju şəhərində Asiya Mədəniyyət Mərkəzində (ACC) “Uşaqlar üçün şəkilli kitablar” layihəsi çərçivəsində məsləhətləşmələr keçirilib. Bu ilin layihəsi iki ölkənin – Azərbaycan və Monqolustan yazıçılarının kitablarının çapını nəzərdə tutub.

Azərbaycan uşaq ədəbiyyatı Sevinc Nuruqızının “Ağca və Cuppulu” hekayəsi ilə təmsil olunub. Yazıçı kitabın nəşri ilə bağlı Cənubi Koreyadakı Asiya Mədəniyyət Mərkəzinin ofisində olub, nəşriyyat nümayəndələri, tərcüməçi və redaktorlarla məsləhətləşmələr aparıb.

“Ağca və Cuppulu” müharibə gedən ərazidə yaşayan uşaqların həyatı haqqında təsirli hekayədir. Hekayə müharibə bəlası ilə üzləşən bütün uşaqlara həsr olunub. Qeyd edək ki, “Ağca və Cuppulu” əsəri “Sürəyyanın yanına getdilər” adı ilə gələn il iki dildə - Koreya və Azərbaycan dillərində işıq üzü görəcək.

Lalə AZƏRİ