Dünyanın ən çox turist qəbul edən bölgələrindən olan Antalyaya 2019-cu ilin 11 ayı ərzində 15 milyondan çox xarici ölkə vətəndaşı gəlib.
Bu barədə Antalya Mədəniyyət və Turizm Müdirliyindən məlumat verilib. Məlumata əsasən, bu, turist sayına görə rekord rəqəmdir.
Ötən ilin eyni dövrü ərzində Antalyaya 14 milyondan çox xarici vətəndaş gəlmişdi. Antalyaya gələn turistlərin təxminən üçdəbiri Rusiya vətəndaşlarıdır.
Mehparə SULTANOVA
Ankara