Ankarada fəaliyyət göstərən özəl Yücə məktəbinin II sinif şagirdləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahını ziyarət ediblər.

Şagirdlər əvvəlcə təşkilatın qərargahında sərgilənən rəsmlərlə tanış olublar. Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı şagirdlərə təşkilatın fəaliyyət və məqsədi barədə ümumi məlumat verib. Uşaqlara TÜRKSOY-un nəşri olan “Türk dünyasının nağıl bağçası” kitabı hədiyyə olunub.

Mehparə SULTANOVA
Ankara