Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin tələbəsi Ruslan Hacıyev Özbəkistan Xoreoqrafiya Akademiyasında tələbələr üçün Azərbaycan milli rəqsindən ustad dərsi keçib.
Özbək tələbələrin böyük marağına səbəb olan dərs zamanı Azərbaycan milli rəqs elementləri, xalq rəqslərinin tarixi, eləcə də bu sahədə Bakı Xoreoqrafiya Akademiyasının nailiyyətləri barədə məlumat verilib.
Ustad dərsinin nəticəsi olaraq tələbələrlə Azərbaycan yallısı hazırlanıb və nümayiş olunub. Dərsin peşəkar səviyyədə keçirilməsinə görə Ruslan Hacıyevə Özbəkistan Xoreoqrafiya Akademiyasının rektoru tərəfindən təşəkkürnamə təqdim olunub.