Məşhur fransız rəssamı, impressionist Pol Qogenin “Qalın ağac” (Te Bourao II) əsəri Parisdə keçirilən hərracda 9,5 milyon avroya satılıb.

“Artcurial” hərrac evinin yaydığı məlumatda qeyd olunur ki, 73x92 santimetr ölçüsündə olan rəsm adı açıqlanmayan beynəlxalq kolleksiyaçı tərəfindən alınıb. Alıcının bildirdiyinə görə, əsər Fransada qalacaq.

Məlumatda diqqətə çatdırılır ki, Pol Qogen bu əsəri Taitidə olarkən çəkib. Bu rəsm onun Taitidə qaldığı müddətdə çəkdiyi doqquz sənət əsərindən biridir. Əsərlər 1898-ci ildə rəssama həsr olunmuş sərgi üçün Parisə göndərilib.

“Te Bourao II” rəsmi bu dövrün yeganə əsəridir və xüsusi kolleksiyada saxlanılır. P.Qogenin digər rəsmləri isə dünyanın aparıcı muzeylərində, xüsusən də Ermitaj və Orse muzeylərində nümayiş olunur.

İLONA