“Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı işıq üzü görüb. Nəşrin tərtibçisi və müəllifi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
Qısa ömründə istedadlı musiqiçi, rəssam, sənətşünas kimi tanınan Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə nəşr olunan kitabda onun 40-a yaxın musiqi bəstəsi, o cümlədən “Eşq olsun”, “Sonatina”, “9 variasiya”, “Quşlar”, “Ballada”, “Sevgili yar gəlmiş idi”, “Gəl” və digər əsərləri toplanıb.
Kitab Hüseyn Cavidin ev-muzeyində qorunub saxlanılan əlyazmalar əsasında tərtib olunub. “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın redaktoru dosent Nazim Quliyevdir.