Ankaranın Keçiören rayonunda türk dünyasının ortaq dəyəri, böyük qırğız yazıçısı Çingiz Aytmatovun adını daşıyan parkda ədibin heykəlinin açılışı olub.

Çingiz Aytmatovun anadan olmasının 91-ci ildönümünə təsadüf edən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yalçın Topçu,  Keçiören Bələdiyyəsinin başqanı Turqut Altınok, Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömüraliyev və başqa qonaqlar, media mənsubları iştirak ediblər.

Yazıçının anadan olmasının ildönümü Qırğızıstanın paytaxtı Bişkekdə də anılıb. “Ata Beyt” qəbiristanlığında uyuyan Ç.Aytmatovun məzarına əklil qoyulub.

Yazıçının həyat yoldaşı Mariya Aytmatova ürək sözlərini: “91 il əvvəl böyük insan dünyaya gəldi. Yazdığı əsərləriylə xalqını və ölkəsini dünyaya tanıtdı. Yeni nəsil də onun istedadı və əsərlərindən ilham almağa davam etməli, nəsihətlərini yerinə yetirməli, dürüst olmalı və vətəninə xidmət etməlidir”, - deyə ifadə edib.

Mehparə SULTANOVA
Ankara