Azərbaycanın üç tarixi-mədəni irs məkanı İSESCO-nun İslam irsi siyahısına daxil edilib.
Mərakeş Krallığının paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, ölkəmizin İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri bu siyahıya salınıb.
Ümumiyyətlə, 117 tarixi və mədəniyyət obyekti İslam dünyası irs siyahısına, Yəməndə yerləşən 3 abidə isə İslam ölkələrində dağılmaq təhlükəsi olan abidələr siyahısına daxil edilib.
Qeyd edək ki, İSESCO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması və qorunması sahəsində fəaliyyətin gücləndirilməsini hədəfləyir.