Türkiyənin tanınmış caz müğənnisi Sibel Köse Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.

Konsert zamanı ifaçı Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “İlk dəfədir Bakıdayam. Azərbaycanlılar musiqiyə, mədəniyyətə dəyər verən insanlardır, bunun üçün də burada olduğumdan çox məmnunam”.

S.Köse qeyd edib ki, amerikalı caz musiqiçilərini hamı tanıyır, ancaq Azərbaycanın çox məşhur bir caz ifaçısı var. Vaqif Mustafazadənin caz-muğamın banisi olduğunu deyən S.Köse bildirib ki, onun musiqisi mükəmməldir. Türkiyəli musiqiçi Vaqif Mustafazadənin qızı, tanınmış caz ifaçısı Əzizə Mustafazadənin fəaliyyətindən də xəbərdar olduğunu söyləyib.

Konsert zamanı dünya caz standartları sayılan “My secret love”, “Petite fleur”, “Autmn leaves”, “Flor de lis” və digər kompozisiyalar səsləndirilib.