Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tanınmış şair və publisist, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun “Gün aydın, türk dünyası” adlı şeirlər toplusunu nəşr etdirib.
Müəllifin Azərbaycan dilində, eləcə də türk, qazax, qırğız, özbək, türkmən və rus dillərinə tərcümə olunmuş şeirlərinin toplandığı kitabı nəşrə Hocagəldi Kultegin hazırlayıb.
“Didərginlər”, “Bir qoşun əzrail”, “Köçmüş dağ kəndinin nəğməsi”, “Vətən” və s. şeirlərdə şair xalqının və vətəninin yaşadığı məşəqqətli hadisələri poetik dillə oxucuya çatdırır.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov kitaba yazdığı ön sözdə şair Hidayətə 75 yaşı münasibətilə təbrik sözlərini vurğulayaraq əmin olduğunu bildirib ki, o, bundan sonrakı yaradıcılığında da türk dünyası ədəbiyyatının inkişafına töhfələr verəcək.
MEHPARƏ