Dekabrın 20-də Müasir İncəsənət Muzeyi və tanınmış rəssam Milena Nəbiyeva “Həyata ümid” adlı xeyriyyə layihəsi təqdim edib.
Layihə barədə məlumat verən Milena Nəbiyeva vurğulayıb ki, “Həyata ümid” – geniş ictimaiyyətə incəsənət vasitəsilə bir müraciətdir. Dekabrın 27-dək davam edəcək sərgi xeyriyyə aksiyası xarakteri daşıyır: sərgilənən əsərlərin satışından əldə edilən gəlir xəstəlikdən əziyyət çəkən Nərminə Kiçikbəyovanın müalicəsinə sərf olunacaq.
Ekspozisiyaya Altay Sadıqzadə, Arif Hüseynov, Əli Şəmsi, Nigar Nərimanbəyova, Milena Nəbiyeva, Səbinə Şıxlinskaya, Müseyib Əmirov, Yelena Haqverdiyeva və digər tanınmış Azərbaycan rəssamlarının 50-yə yaxın əsəri daxil edilib.