“Forbes” jurnalı ötən 10 il (2010-2019) ərzində hərraclarda ən yüksək qiymətə satılan rəsm əsərlərinin reytinqini dərc edib.

Jurnalın siyahısında yer almış 10 ən bahalı rəsm əsəri bunlardır:

  1. 2010-cu il – “Çılpaq, yaşıl yarpaqlar və büst” (Pablo Pikasso) – 106,5 milyon dollar;
  2. 2011 – “Kart oyunçuları” (Pol Sezann) – 250 milyon dollar;
  3. 2012 – “Su ilanları II” (Qustav Klimt) – 183,8 milyon dollar;
  4. 2013 – “Yuxu” (Pablo Pikasso) – 155 milyon dollar;
  5. 2014 – “Toy nə vaxtdır?” (Pol Qogen) – 210 milyon dollar;
  6. 2015 – “Mübadilə” (Villem de Kuninq)  – 300 milyon dollar;
  7. 2016  – “Adel Bloh Bauerin portreti II” (Qustav Klimt)  – 150 milyon dollar;
  8. 2017 – “Salvator Mundi” (“Dünyanın xilaskarı”, Leonardo da Vinçi) – 450 milyon dollar;
  9. 2018 – “Uzanmış çılpaq” (Amadeo Modilyani) – 157,2 milyon dollar;
  10. 2019 – “Ot tayaları” (Klod Mone) – 110,7 milyon dollar.

İLONA