“Forbes” jurnalı ötən 10 il (2010-2019) ərzində hərraclarda ən yüksək qiymətə satılan rəsm əsərlərinin reytinqini dərc edib.
Jurnalın siyahısında yer almış 10 ən bahalı rəsm əsəri bunlardır:
- 2010-cu il – “Çılpaq, yaşıl yarpaqlar və büst” (Pablo Pikasso) – 106,5 milyon dollar;
- 2011 – “Kart oyunçuları” (Pol Sezann) – 250 milyon dollar;
- 2012 – “Su ilanları II” (Qustav Klimt) – 183,8 milyon dollar;
- 2013 – “Yuxu” (Pablo Pikasso) – 155 milyon dollar;
- 2014 – “Toy nə vaxtdır?” (Pol Qogen) – 210 milyon dollar;
- 2015 – “Mübadilə” (Villem de Kuninq) – 300 milyon dollar;
- 2016 – “Adel Bloh Bauerin portreti II” (Qustav Klimt) – 150 milyon dollar;
- 2017 – “Salvator Mundi” (“Dünyanın xilaskarı”, Leonardo da Vinçi) – 450 milyon dollar;
- 2018 – “Uzanmış çılpaq” (Amadeo Modilyani) – 157,2 milyon dollar;
- 2019 – “Ot tayaları” (Klod Mone) – 110,7 milyon dollar.
İLONA