F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Silent Communication” komandasının rəhbəri, jest dili tərcüməçisi Şamil Sabirzadə ilə komandanın koordinatoru Könül Quliyeva kitabxana əməkdaşlarına və oxuculara “Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçiblər.
Layihənin məqsədi eşitmə və danışma məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına, kitabxanadan istifadə və informasiya əldə etməkdə onlara yardım etməkdir.
Təlimin nəzəri hissəsində jest dilinin yaranma tarixi haqqında ətraflı məlumat verilib, jest dilində istifadə olunan bütün hərflər əyani olaraq göstərilib. Tədbirin sonunda “Silent Communication” komandasının əməkdaşları tədbir iştirakçıları ilə birgə “Səssizlik fərq deyil, eynilikdir!” şüarını jest dilində səsləndiriblər.