Bu il qazax xalqının məşhur şairi Abay Kunanbayevin anadan olmasının 175 illiyi təntənə ilə qeyd ediləcək. Abay adını dünyaya tanıtmaq məqsədilə şairin yaradıcılığına həsr olunmuş beş yüzdən çox tədbirin keçirilməsi planlaşdırılır.
Bu münasibətlə şairin doğma Semey şəhərinə xüsusi status veriləcək.
Həmçinin bu ilin avqust ayında şairin anadan olduğu şəhərdə UNESCO ilə birgə “Abay irsi və dünya mənəviyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Qeyd edək ki, 2020-ci il həmçinin TÜRKSOY tərəfindən “Abay Kunanbayev ili” elan edilib.