Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü nömrəsi çapdan çıxıb.
Jurnala daxil edilən məqalələrdə ali təhsildə innovasiya fəaliyyəti, Azərbaycanın turizmlə bağlı beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması imkanları, ölkəmizdə hotel və kurort infrastrukturunun mövcud vəziyyəti təhlil edilib. Həmçinin ölkəmizdə turizm xidmətlərinin təşkili istiqamətləri, dünya təcrübəsində cazibə modeli anlayışı və onun tarixi inkişafı və s. məsələlər araşdırılıb.
Jurnalın elektron versiyasını ATMU-nun saytından əldə etmək mümkündür.