Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim Rozental və AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümov Bakı Şəhər Mədəniyyət Baş İdarəsində də olublar.

İdarə rəisi Cəlil Məlikov ilə görüşdə Nyu-York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bu səfərin gələcəkdə müştərək layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.